Az | EN

2walk startapı SABAH.lab Akselerasiya Mərkəzi tərəfindən 25.000 AZN investisiya əldə edib

Səbinə Eyvazova
27 İyun 2022 13:30
296 baxış
2walk startapı SABAH.lab Akselerasiya Mərkəzi tərəfindən 25.000 AZN investisiya əldə edib

İstifadəçilərinə gəzərək qazanc əldə etmək şansı verən 2walk startapı SABAH.lab Akselerasiya Mərkəzi tərəfindən 25.000 AZN məbləğində investisiya əldə edib.

2Walk insanları formada saxlamaq, gəzintini daha maraqlı və əyləncəli etmək üçün istifadəyə verilən onlayn platformadır. Bu platforma istifadəçilərinə gəzintini qazanca çevirmək üçün əyləncəli fürsət verir. Platformadan istifadə edərək həm gəzərək sağlamlığınızın qeydinə qalırsınız, həm də gəzərək qazanc əldə edirsiniz. Onu da qeyd edək ki, 2Walk modeli rəqabət üzərində qurulmuşdur.

© copyright 2022 | tech.az | info@tech.az