ABB Bank yaxın vaxtlarda elektron ticarət imkanlarını genişləndirməyi planlaşdırır. Bu barədə ABB-nin Rəqəmsal Ofisinin rəhbəri Mehmet Ali Savaş Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində məlumat verib.
Onun sözlərinə görə, bank 2024-cü ilin sonundan etibarən müştəri xidmətlərində süni intellekt texnologiyalarını tətbiq edir və hazırda müraciətlərin təxminən 70%-i birbaşa süni intellekt tərəfindən cavablandırılır.
ABB eyni zamanda “DigiTravel” layihəsini istifadəyə verib. Layihə çərçivəsində istifadəçilər ABB Mobile tətbiqi vasitəsilə aviabiletlər ala bilirlər. Bank yaxın zamanda tədbir və əyləncə sektorunu əhatə edən yeni platforma da təqdim etməyi planlaşdırır.
Mehmet Ali Savaş bildirib ki, növbəti rübün sonunadək ABB Mobile tətbiqində smartfon, məişət texnikası və digər məhsulların satışı da mümkün olacaq. Onun sözlərinə görə, süni intellekt istifadəçilərə uyğun məhsul seçməkdə də kömək edəcək.
Trend
