Az | EN

KOB-lar üçün Sİ platforması Promake-a 4 milyon dollar investisiya aldı

Cəmil Hüseynzadə
10 İyun 2026 12:51
48 baxış
KOB-lar üçün Sİ platforması Promake-a 4 milyon dollar investisiya aldı

Promake adlı startap kiçik və orta bizneslərin (KOB) tək bir söhbət pəncərəsi vasitəsilə veb-sayt qurmasına və idarə etməsinə imkan verən platforması üçün 4 milyon dollar investisiya alıb. İnvestisiya turuna 212 rəhbərlik edib, həmçinin Ak Portföy GSYF, Arya VC, Gelecek Etki Fonu, JIMCO və Maxis Ventures da qoşulub.

Bu ilin fevral ayında məhsulunu qlobal istifadəyə təqdim edən şirkət cəmi dörd ay ərzində investisiya cəlb etməyi bacarıb. Promake əldə olunan vəsaiti məhsulunu yeni bazarlara çıxarmaq, süni intellekt infrastrukturunu gücləndirmək, komandasını genişləndirmək və kiçik bizneslər üçün yeni həllər hazırlamaq məqsədilə istifadə etməyi planlaşdırır.

Platforma istifadəçilərə veb-sayt, domen adı, e-poçt xidməti, e-ticarət infrastrukturu, ödəniş sistemləri və rəqəmsal reklamları vahid söhbət ekranı üzərindən qurmağa və idarə etməyə imkan verir. Bununla yanaşı, istifadəçilər məhsul əlavə etmək, kampaniya yaratmaq, səhifələri yeniləmək və ödəniş qəbul etmək kimi əməliyyatları texniki bilik olmadan, sadəcə sistemlə yazışaraq həyata keçirə bilirlər.

Hazırda dünyanın 500 milyondan çox KOBİ-si üçün həllər hazırlayan Promake uzunmüddətli perspektivdə kiçik bizneslərə böyük şirkətlərlə eyni səviyyədə rəqəmsal imkanlar təqdim edən süni intellekt əsaslı biznes idarəetmə platformasına çevrilməyi hədəfləyir.

Promake-in həmtəsisçisi və baş icraçı direktoru Emre Tekin bildirib ki, şirkət investisiyadan sonra qlobal miqyasda daha sürətli böyümə mərhələsinə qədəm qoyacaq. Onun sözlərinə görə, məqsəd 500 milyondan çox KOBİ-nin tək bir söhbət ekranı vasitəsilə böyük şirkətlərlə eyni səviyyədə fəaliyyət göstərə biləcəyi yeni nəsil qlobal platforma yaratmaqdır.

© copyright 2022 | tech.az | info@tech.az