Az | EN

ABŞ süni intellekt ilə bağlı saziş imzalayıb

Fidan Abbaszadə
24 May 2023 14:40
336 baxış
ABŞ süni intellekt ilə bağlı saziş imzalayıb

ABŞ prezidenti Bayden süni intellektlə bağlı yeni saziş imzalayıb. Milli AI R&D Strateji Planında əhəmiyyətli dəyişikliklər olacaq.

Son aylarda ChatGPT kimi süni intellekt vasitələrinin sürətli inkişafı hökumətləri də hərəkətə keçirib. Bir müddətdir ki, AI Qanunu üzərində işləyən Avropa Komissiyasına , indi də ABŞ-dən yeni bir addım gəlib. ABŞ prezidenti Bayden tərəfindən imzalanan razılaşma ilə “Milli AI Ar-Ge Strateji Planı” açıqlanıb.

Ağ Ev son aylarda süni intellektin inkişafı istiqamətində kritik addımlar atıb. Bu sahəsindəki tədqiqatları maliyyələşdirmək üçün çalışan Bayden rəhbərliyi  yaxın zamanda Milli AI Ar-Ge Strateji Planını yeniləyib.

Yeni planda əsas hüquq və dəyərləri qoruyan,həmçinin  ictimai maraqlara xidmət edən “yenilənmiş süni intellekt” vurğulanıb.

Elm və Texnologiya Siyasəti İdarəsi (OSTP) ABŞ-in xeyrinə hökumətin süni intellekt inkişafında fəal rol alacağını bildirib. Onun sözlərinə görə, federal investisiyalar süni intellektin inkişafına dəstək verməlidir. Digər tərəfdən, o, “təhlükəsizlik və demokratik dəyərlərin” qorunmasına da diqqət çəkib.

Bundan əlavə, Təhsil Nazirliyi süni intellektin təhsil aləmində necə istifadə oluna biləcəyini göstərən hesabat dərc edib. Bu tədqiqat əsasən “Öyrənmə”, “Tədris”, “Qiymətləndirmə” və “Tədqiqat” məsələlərinə yönəldilib. Qeyd edək ki, Süni intellektin məqalələr yazmaq kimi vəzifələri yerinə yetirmək qabiliyyəti ilə bağlı narahatlıqlar da qeyd olunub.

© copyright 2022 | tech.az | info@tech.az