Prezident İlham Əliyevin Sərəncamı ilə “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilib. Sərəncama əsasən İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib.
Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:
Komissiyanın sədri:
- Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Komissiyanın üzvləri:
- Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
- Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
- Azərbaycan Respublikası müdafiə nazirinin müavini
- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
- Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
- Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Komissiyanın əvvəlki tərkibi aşağıdakı kimi olub:
Komissiyanın sədri
- Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Komissiyanın üzvləri:
- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini[3]
- Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
- Azərbaycan Respublikası müdafiə nazirinin müavini
- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
- Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru