Az | EN

"OpenAI"nin “Stargate” layihəsi tariflər səbəbindən çətinliklərlə üzləşib

Nigar Sultanli
13 May 2025 12:27
50 baxış
"OpenAI"nin “Stargate” layihəsi tariflər səbəbindən çətinliklərlə üzləşib

OpenAI-nin ABŞ və xarici ölkələrdə süni intellekt infrastrukturu qurmaq məqsədilə başladığı “Stargate” adlı iddialı məlumat mərkəzi layihəsi maliyyə və iqtisadi qeyri-müəyyənlik səbəbindən ləngiyir. Bloomberg-in məlumatına görə, tariflərlə bağlı narahatlıqlar bu gecikmənin əsas səbəblərindən biridir.

Layihənin məqsədi ABŞ-də və digər ölkələrdə yerləşəcək süni intellekt yönümlü məlumat mərkəzləri üçün 500 milyon dollara qədər investisiya cəlb etməkdir. Lakin bazarda artan qeyri-sabitlik və daha ucuz AI xidmətlərinin yayılması investorları – banklar, investisiya fondları və aktiv idarəçilərini – ehtiyatlı olmağa vadar edir. 2024-cü ilin yanvarında “Stargate” layihəsinə böyük investisiya ayıracağını açıqlayan SoftBank belə, hələ ki maliyyələşdirmə planı hazırlamayıb və potensial tərəfdaşlarla ətraflı danışıqlara başlamayıb.

Eyni zamanda, tarif artımı məlumat mərkəzlərinin tikinti xərclərinə ciddi təsir göstərə bilər. Bloomberg-in sitat gətirdiyi TD Cowen-in təhlilinə əsasən, server rəfləri, soyutma sistemləri, çiplər və digər komponentlər üzrə qiymət artımı ümumi tikinti xərclərini orta hesabla 5-15% yüksəldə bilər.

Digər tərəfdən, investorlar süni intellekt infrastrukturu sahəsində həddindən artıq tutum artımından da narahatdırlar. Bloomberg qeyd edir ki, Microsoft və Amazon kimi texnologiya nəhəngləri bu riskləri nəzərə alaraq bəzi məlumat mərkəzi layihələrini dayandırıb və ya yenidən nəzərdən keçirib.

Ümumilikdə, “Stargate” layihəsi OpenAI-nin gələcək AI planları üçün mühüm addım olsa da, iqtisadi reallıqlar bu cür iri infrastruktur təşəbbüslərinin reallaşdırılmasını çətinləşdirir.

© copyright 2022 | tech.az | info@tech.az