Az | EN

Acer süni intellekt dəstəkli yeni elektron velosiped istehsal edib

Səbinə Eyvazova
21 Aprel 2023 14:51
199 baxış
Acer süni intellekt dəstəkli yeni elektron velosiped istehsal edib

Acer süni intellekt dəstəyi ilə yeni elektron velosiped modeli Acer ebii-ni təqdim edib. ebiiAssist sistemi marşrut şəraitinə, pedal çevirmə gücünə və sürücü seçimlərinə uyğunlaşaraq rahat səyahət təcrübəsi təmin edir. Uzunömürlü batareya, ağıllı təhlükəsizlik xüsusiyyətləri və minimalist dizayn sayəsində istifadəçilər şəhərdə daha az karbon emissiyası ilə rahat gəzinti etmək imkanına sahib olacaqlar.

Acer ebii-nin uzunömürlü və çıxarıla bilən batareyası 110 km məsafə qət etmə imkanını yaradır. Və cəmi 2,5 saata tam şarj ola bilir. Həmçinin, batareya portativ şarj cihazı kimi də istifadə edilə bilər. Velosipedin təhlükəsizlik üçün olan xüsusiyyətlərinə avtomatik yanan fara və arxa fənər, arxa toqquşma xəbərdarlığı üçün radar sensoru və toqquşmanı aşkarlama funksiyası daxildir.

Acer ebii 2000 avrodan başlayan qiymətlərlə sentyabr ayında satışa çıxarılacaq.

© copyright 2022 | tech.az | info@tech.az