Az | EN

AMB sədri: Bu il Milli Ödəniş Sistemləri ilə əməliyyatların həcmi 663 milyard manatı ötüb

Nigar Sultanli
20 Noyabr 2025 12:33
50 baxış
AMB sədri: Bu il Milli Ödəniş Sistemləri ilə əməliyyatların həcmi 663 milyard manatı ötüb

Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov maliyyə sektorundakı son statistik göstəriciləri açıqlayıb. O bildirib ki, cari ilin ilk 10 ayı ərzində Milli Ödəniş Sistemləri vasitəsilə icra edilən əməliyyatların ümumi dəyəri 663,7 milyard manata çatıb, əməliyyatların sayı isə 123 milyon ədəd təşkil edib.

Elektron ticarət və nağdsız hesablaşmalarda da ciddi artım dinamikası müşahidə olunur. AMB sədrinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə e-ticarət əməliyyatlarının sayında 46,7 faiz, həcmində isə 32,7 faiz artım qeydə alınıb. Bundan əlavə, ölkədaxili kart ödənişlərində nağdsız dövriyyənin payı 2024-cü ilin eyni dövrünə nəzərən 3,8 faiz bəndi artaraq 67,5 faizə yüksəlib.

© copyright 2022 | tech.az | info@tech.az