Musiqi dünyasının "ensiklopediyası" sayılan və 2008-ci ildən bəri fəaliyyət göstərən bu startap, sempllar, kaverlər və remikslər üzrə ən böyük və etibarlı məlumat bazasına sahibdir. Platformanın unikallığı ondadır ki, oradakı milyonlarla məlumat 17 il ərzində məhz musiqisevərlər tərəfindən diqqətlə toplanıb.
Bu birləşmə nəticəsində WhoSampled-in həm komandası, həm də zəngin arxivi Spotify sisteminə tam inteqrasiya olunacaq. Bu yenilik Spotify-a imkan verəcək ki, dinləyicilərə mahnıların kim tərəfindən yazıldığı və ya hansı musiqi parçalarından istifadə edildiyi barədə daha dərin məlumatlar təqdim etsin. Ekspertlər hesab edirlər ki, WhoSampled ayrıca platforma kimi fəaliyyətini davam etdirsə də, bu satınalma Spotify-ı gələcəkdə süni intellekt və müəllif hüquqlarının qorunması sahəsində rəqiblərindən bir addım önə çıxaracaq
