Az | EN

Andreessen Horowitz blokçeyn startaplarına 2,2 milyard dollarlıq fond ayırır

Cəmil Hüseynzadə
06 May 2026 11:37
48 baxış
Andreessen Horowitz blokçeyn startaplarına 2,2 milyard dollarlıq fond ayırır

Andreessen Horowitz mayın 5-də blokçeyn startaplarını dəstəkləmək üçün 2,2 milyard ABŞ dolları həcmində yeni kripto fondunun yaradıldığını elan edib. “Crypto Fund 5” adlanan bu fondun növbəti on il ərzində müxtəlif mərhələdə olan layihələrə yatırım edəcəyi bildirilir.

Şirkətin açıqlamasına görə, fond ödəniş sistemləri, maliyyə xidmətləri, mərkəzsiz sistemlər, stabilkoinlər, blokçeyn kreditləşməsi, proqnoz bazarları, perpetual fyuçerslər və tokenləşdirilmiş aktivlər kimi sahələrə fokuslanacaq.

Qeyd olunur ki, yeni fond 2023-cü ildə şirkətin topladığı 4,5 milyard dollarlıq kripto fondundan daha kiçikdir. Bununla belə, o, son dövrlərdə Huan Ventures tərəfindən yaradılan 1 milyard dollarlıq fond və Dragonfly Capital şirkətinin 650 milyon dollarlıq investisiya həcmindən daha böyükdür.

Mütəxəssislər bildirirlər ki, bu addım vençur investorlarının kapitalı getdikcə süni intellekt sahəsinə yönəltdiyi bir dövrdə atılıb.

© copyright 2022 | tech.az | info@tech.az