Az | EN

PAŞA Bank “ZirvədəSən” proqramına qəbul davam edir

Cəmil Hüseynzadə
06 May 2026 11:06
82 baxış
PAŞA Bank “ZirvədəSən” proqramına qəbul davam edir

PAŞA Bank tərəfindən həyata keçirilən “ZirvədəSən” adlı 3 aylıq ödənişli təcrübə proqramına qəbul prosesi davam edir. Proqram gənclərə bank sektorunda real iş mühitini yaxından tanımaq, praktiki tapşırıqlar üzərində işləmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edir.

Məlumata görə, iştirakçılar maliyyə, marketinq, istedadların idarəedilməsi, komplayns, hüquq, data analitikası, “agile” və rəqəmsal mühəndislik sahələri üzrə təcrübə qazanacaqlar. Bununla yanaşı, bank mütəxəssisləri tərəfindən 3 ay müddətində təlim sessiyaları keçiriləcək.

Proqram çərçivəsində iştirakçılara korporativ iş mühiti, şəbəkələşmə imkanları, karyera məsləhətləri və mentorluq dəstəyi təqdim olunur. Yüksək nəticə göstərən iştirakçılar sertifikatla təltif ediləcək və bankda işlə təmin olunmaq şansı əldə edəcəklər.

Statistikaya görə, proqramın əvvəlki illərdə də uğurlu nəticələri qeydə alınıb. Belə ki, 2024-cü ildə proqramda 60 nəfər iştirak edib və onların 32-dən çoxu işlə təmin olunub. 2025-ci ildə isə iştirakçı sayı 70 nəfərə çatıb, onlardan 30-dan çoxu bankda iş imkanı qazanıb.

Proqrama son kurs bakalavr tələbələri, magistratura tələbələri və 2024–2025-ci illərin məzunları müraciət edə bilərlər. Namizədlərdən Azərbaycan dili ilə yanaşı, ingilis dili üzrə orta səviyyədə bilik (rus dili üstünlük hesab olunur), Microsoft Office proqramlarında işləmək bacarığı tələb edilir.

Bundan əlavə, minimum 75% ÜOMG, yüksək kommunikasiya bacarıqları, komanda işi, motivasiya və analitik düşüncə əsas seçim meyarları sırasındadır.
Qeydiyyat: https://internship.pashabank.az/#about

© copyright 2022 | tech.az | info@tech.az