İsveçin süni intellekt startapı Pit yeni investisiya raundunda 16 milyon dollar maliyyə cəlb edib. İnvestisiya raunduna ABŞ-ın tanınmış vençur fondu Andreessen Horowitz rəhbərlik edib. Maliyyələşmədə həmçinin Lakestar fondu və böyük texnologiya şirkətlərinin rəhbərləri iştirak ediblər.
Raunda İsveçin məşhur Stena və Lundin ailələri də qoşulub. Şirkət bildirib ki, artıq Voi, Tre, Stena Recycling və Kry kimi şirkətlərlə pilot layihələr həyata keçirir.
Pit topladığı vəsaiti müxtəlif sahələrdə parçalanmış iş proseslərini optimallaşdırmaq üçün süni intellekt alətlərinin inkişafına yönəldəcək. Şirkət iş axınlarını daha sürətli və səmərəli idarə etməyə kömək edən həllər üzərində çalışır.
Analitiklər hesab edirlər ki, bu investisiya İsveç startap ekosisteminə marağın artdığını göstərir. Andreessen Horowitz bu ilin əvvəlində də Stokholm mərkəzli Dentio startapına ilkin investisiya etmişdi.
