Omanın dövlət investisiya fondu Elon Maskın beyin implantı texnologiyaları hazırlayan Neuralink şirkətinə yatırım edib. Məlumata görə, Oman İnvestisiya İdarəsi bu addımla beynəlxalq portfelini tibbi texnologiyalar sahəsində genişləndirməyi hədəfləyir.
İnvestisiyanın məbləği açıqlanmasa da, fondun son illərdə Maskın texnologiya şirkətlərinə marağı artırdığı bildirilir. Oman fondu daha əvvəl xAI şirkətinə də investisiya yatırıb və SpaceX-də pay sahibidir.
2016-cı ildə yaradılan Neuralink insult, amiotrofik lateral skleroz və digər nevroloji xəstəliklərin müalicəsi üçün beyin implantları hazırlayır. Şirkətin məlumatına görə, 2026-cı ilin əvvəlində artıq 21 pasiyentə implant yerləşdirilib.
Neuralink ilin sonunadək bu prosedurların sayını 1000-ə çatdırmağı planlaşdırır. Şirkət insan beynini kompüterlərlə birbaşa əlaqələndirən texnologiyalar üzərində çalışır və bu sahədə ən iddialı layihələrdən biri hesab olunur.
