Az | EN

Anthropic Çin şirkətlərini məlumat oğurluğunda ittiham edib

Cəmil Hüseynzadə
24 Fevral 2026 14:27
75 baxış
Anthropic Çin şirkətlərini məlumat oğurluğunda ittiham edib

ABŞ-ın süni intellekt şirkəti Anthropic Çin mənşəli DeepSeek, Moonshot AI və MiniMax-ı Claude çat-botundan məlumat oğurlamaqda günahlandırıb. İddialara görə, bu şirkətlər öz modellərini öyrətmək üçün ən azı 24 min saxta hesab yaradıb və ümumilikdə 16 milyondan çox sorğu göndəriblər. Sorğuların 150 mini DeepSeek-in, 3,4 milyonu Moonshot-un, 13 milyonu isə MiniMax-ın payına düşüb.

Məsələ “distillasiya” adlanan metodla bağlıdır. Bu üsulda böyük model daha kiçik modelin təlimi üçün istifadə olunur. Anthropic bildirir ki, bu yanaşma yalnız şirkət öz modelindən istifadə etdikdə qanunidir. Daha əvvəl OpenAI və Microsoft da DeepSeek-lə bağlı oxşar iddialar səsləndirmişdi. DeepSeek isə V3 modelinin açıq mənbələr və elektron kitablar əsasında öyrədildiyini açıqlayıb.

© copyright 2022 | tech.az | info@tech.az