Az | EN

Canva “Cavalry” platformasını satın aldı

Cəmil Hüseynzadə
24 Fevral 2026 14:37
68 baxış
Canva “Cavalry” platformasını satın aldı

Dünyanın aparıcı vizual ünsiyyət platformalarından olan Canva Böyük Britaniya mənşəli hərəkətli qrafika proqramı Cavalry-ni aldığını açıqlayıb. Şirkət bu addımla peşəkar motion dizayn seqmentində mövqeyini gücləndirməyi hədəfləyir.

Məlumata görə, Cavalry müstəqil məhsul kimi fəaliyyətini davam etdirəcək, eyni zamanda onun texnologiyaları Canva platformasına inteqrasiya olunacaq. Satınalma, Canva-nın ötən il həyata keçirdiyi Affinity razılaşmasından sonra peşəkar dizayn alətləri istiqamətində atdığı növbəti strateji addım kimi qiymətləndirilir.

Şirkət eyni zamanda süni intellekt əsaslı video reklam optimallaşdırılması sahəsində çalışan MangoAI startapını da portfelinə daxil edib. Canva rəhbərliyi bildirir ki, məqsəd dizaynerlər üçün daha sürətli, çevik və inteqrasiya olunmuş “yaradıcı əməliyyat sistemi” formalaşdırmaqdır.

Hazırda Canva-nın 265 milyondan çox istifadəçisi var və şirkətin illik gəliri 4 milyard dolları ötür.

© copyright 2022 | tech.az | info@tech.az