Az | EN

Shein Çində təchizat zəncirinə 1,5 milyard dollar investisiya edir

Cəmil Hüseynzadə
24 Fevral 2026 14:38
72 baxış
Shein Çində təchizat zəncirinə 1,5 milyard dollar investisiya edir

Shein Quanqdonq əyalətində təchizat zəncirinin inkişafına 10 milyard yuan (təxminən 1,5 milyard ABŞ dolları) sərmayə yatırmağı planlaşdırdığını açıqlayıb. Şirkətin qurucusu Xu Yangtian bildirib ki, investisiya növbəti üç il ərzində ağıllı təchizat sistemlərinin qurulmasına və regionda transsərhəd elektron ticarətin dəstəklənməsinə yönələcək.

Bu addım Shein-in əvvəlki strategiyasından fərqli istiqamət kimi qiymətləndirilir. Şirkət son illər baş qərargahını Singapore şəhərinə köçürmüş və ABŞ birjasında listinq imkanlarını nəzərdən keçirmişdi.

Nanjing şəhərində əsası qoyulan Shein hazırda Guangzhou ətrafında 10 minə yaxın təchizatçı ilə çalışır və regionda 600 mindən çox iş yerini dəstəkləyir. Eyni zamanda, şirkət ABŞ-da tarif təzyiqləri, tənzimləyici araşdırmalar, məhsul təhlükəsizliyi və məlumatların məxfiliyi ilə bağlı hüquqi problemlərlə üzləşir.

© copyright 2022 | tech.az | info@tech.az