Az | EN

Anthropic OpenAI həmtəsisçisi - Andrey Karpatı ilə əməkdaşlığa başladı

Cəmil Hüseynzadə
20 May 2026 12:59
98 baxış
Anthropic OpenAI həmtəsisçisi - Andrey Karpatı ilə əməkdaşlığa başladı

Anthropic şirkəti Andrey Karpatı ilə əməkdaşlığa başladığını açıqlayıb. OpenAI-nin həmtəsisçilərindən biri olan Karpatı şirkətin pretraining komandasına qoşulacaq.

Anthropic-in məlumatına görə, o, bu həftədən etibarən işə başlayacaq və Claude süni intellekt modeli vasitəsilə ilkin model təlimi araşdırmalarını sürətləndirəcək yeni komanda formalaşdıracaq. Bu mərhələ AI modellərinin əsas bilik və bacarıqlarını formalaşdıran ən vacib proseslərdən biri hesab olunur.

Karpatı daha əvvəl Tesla şirkətində kompüter görməsi bölməsinə rəhbərlik edib. O, 2022-ci ildə Tesla-dan ayrılıb, qısa müddət OpenAI-yə qayıdıb və daha sonra Eureka Labs adlı AI təhsil startapı üzərində çalışıb.

Bu addım Anthropic-in son aylarda AI sahəsində tanınmış mütəxəssisləri komandaya cəlb etmə strategiyasının davamı kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az