Az | EN

PASHA Hackathon 6.0 rekord müraciətlə başa çatdı

Cəmil Hüseynzadə
20 May 2026 13:55
74 baxış
PASHA Hackathon 6.0 rekord müraciətlə başa çatdı

PASHA Hackathon 6.0 başa çatıb. Təşkilatçıların açıqladığı məlumata görə, builki tədbir rekord sayda müraciətlə yadda qalıb. Hackathona 490-dan çox müraciət daxil olub, onlardan 56 komanda seçim mərhələsini keçərək iştirak hüququ qazanıb.

Üç gün davam edən tədbirdə 250-dən çox iştirakçı və 40-dan artıq mentor yer alıb. İştirakçılar müxtəlif texnologiya və startap ideyaları üzərində çalışaraq öz layihələrini təqdim ediblər.

Hackathonun tərəfdaşları Bravo və Tenity olub. Təşkilatçılar qeyd ediblər ki, tədbirin əsas məqsədi innovativ ideyaları dəstəkləmək və gənc texnologiya həvəskarları üçün yeni imkanlar yaratmaqdır.

Müsabiqənin nəticələrinə əsasən “Hype” komandası birinci yerə layiq görülüb. “Merge Conflicts” ikinci, “KADABRA” isə üçüncü yeri tutub.

© copyright 2022 | tech.az | info@tech.az