Az | EN

OpenAI mandarin dilini bilən əməkdaşlar axtarır

Cəmil Hüseynzadə
20 May 2026 16:23
64 baxış
OpenAI mandarin dilini bilən əməkdaşlar axtarır

OpenAI Çində xidmətlərini rəsmi şəkildə təqdim etməməsinə baxmayaraq, mandarin dilini bilən əməkdaşlar axtarmağa başlayıb. Şirkət Sinqapur və San-Fransiskoda yerləşən yeni vakansiyalar üçün mandarin dili biliyini əsas tələblərdən biri kimi göstərib.

OpenAI-nin açıqlamasına görə, Sinqapurda fəaliyyət göstərəcək developer experience engineer vəzifəsi üzrə əməkdaşlar texniki məzmun, alətlər və nümunə tətbiqlər hazırlayacaqlar. San-Fransiskoda yerləşən growth partner manager vəzifəsi üçün də mandarin dili tələb olunur.

Çinin texnologiya sektorundakı mütəxəssislər hesab edir ki, bu addım çin dilli developer icmasının böyük olması ilə bağlıdır. Məlumata görə, ötən il Çində 9,4 milyon proqram təminatı mütəxəssisi fəaliyyət göstərib və bu rəqəm dünya üzrə developer-lərin təxminən üçdə birini təşkil edir.

© copyright 2022 | tech.az | info@tech.az