Apple şirkətinin gələcək iPhone modellərində yeni materiallardan istifadə etməyi araşdırdığı bildirilir. İnsayderlərin məlumatına görə, şirkət iPhone 18 Pro modelində alüminiumu maye metal texnologiyası ilə əvəz edə bilər.
Məlumata əsasən, Apple hazırda həm təkmilləşdirilmiş titan, həm də “liquid metal” adlandırılan xüsusi metal ərintisi üzərində çalışır. Bu material daha yüngül, möhkəm və istiliyi daha yaxşı ötürən quruluşu ilə seçilir. Eyni zamanda səthi daha hamar olur.
Bildirilir ki, şirkət yeni texnologiyanı əvvəlcə qatlana bilən iPhone Ultra modelində sınaqdan keçirə bilər. Lakin maye metalın əsas çatışmazlığı yüksək istehsal xərcidir.
Ekspertlər hesab edirlər ki, Apple gələcəkdə ya yenidən titan materialına qayıdacaq, ya da maye metal texnologiyasını əsas standartlardan birinə çevirəcək.
