Apple iPad ailəsinin, iPad Air və iPad mini-nin daha sərfəli modellərinin yeni versiyaları üzərində işləyir. Omdia araşdırma firmasının hesabatlarına görə şirkət bu yeni modellərdə OLED displey panellərindən istifadə etməyi planlaşdırır. Hazırkı iPad Pro modelləri IPS ekran panelindən istifadə etdiyi halda, yeni modellərdə OLED-ə keçid gözlənilir.
Apple-ın 2026-cı ildə satışa çıxarılması planlaşdırılan bu yeni iPad Air və iPad mini modelləri üçün LG və Samsung ilə əməkdaşlıq edərək OLED displey panellərini tədarük edəcəyi gözlənilir.
Yeni iPad Pro modeli dizayn baxımından mühüm yeniliklərlə 2026-ci ildə qarşımıza çıxacaq. 2018-ci ildə təqdim edilən və dizaynında ciddi dəyişikliklərə məruz qalmayan iPad Pro-nun yeni versiyası daha böyük OLED ekran və Apple şirkətinin M3 çipi ilə təchiz olunacaq. Apple-ın iPad seriyası ilə bağlı daha çox yenilik və dəyişikliklər edəcəyi gözlənilir.