Az | EN

Apple M3 Ultra-nın bəzi xüsusiyyətləri bəlli olub

Nail Valiyev
14 Avqust 2023 16:23
132 baxış
Apple M3 Ultra-nın bəzi xüsusiyyətləri bəlli olub

Apple analitiki Mark Qurman Apple-ın qarşıdan gələn M3 Ultra prosessoru haqqında bəzi məlumatları paylaşıb. Qurmanın Bloomberg-də verdiyi açıqlamalara görə M3 Ultra mövcud olan ən güclü prosessor olan M2 Ultra-dan üstün olacaq.

M2 Ultra 24 nüvəli CPU və 76 nüvəli GPU ilə təchiz edilərkən Yeni M3 Ultra-nın 32 nüvəli CPU və 80 nüvəli GPU ilə təqdim olunacağı bildirilir. Bu o deməkdir ki, o, istifadəçilərə əvvəllər heç vaxt yaşamadıqları bir performans təqdim edəcək.

Bildirilir ki, TSMC bu prosessorun istehsal prosesini öz üzərinə götürəcək və Apple-ın yeni prosessorunu 3 nm istehsal arxitekturasından istifadə edərək həyata keçirəcək. Belə bir addımla Apple bazarda özünün ən güclü prosessorunu təqdim etmiş olacaq.

Bununla belə, M3 Ultra-nın hansı Apple cihazlarında olacağı barədə dəqiq məlumat hələ paylaşılmayıb.  Yeni prosessor M3 Ultra da yeni nəsil iMac-də istifadə oluna bilər. 

© copyright 2022 | tech.az | info@tech.az