Az | EN

Apple yeni təqdimat edəcəyini elan edib

Cəmil Hüseynzadə
24 Aprel 2024 10:23
103 baxış
Apple yeni təqdimat edəcəyini elan edib

“Let Loose” adlı təqdimat onlayn rejimdə keçiriləcək . Elan mərkəzi Apple Pencil üzərindədir, buna görə də çox güman ki, yeniləmələr iPad-ə aid olacaq.

Nəşrin məlumatına görə, şirkət yenilənmiş iPad Air və OLED displeyli, M3 çipli və korpusun uzun tərəfində yerləşən ön kameralı 13 düymlük iPad Pro-nu nümayiş etdirə bilər. Həmçinin yeni Apple Pencil və alüminium korpuslu və daha böyük trekpad ilə Magic Keyboard da gözlənilir.2024-cü il iyunun 10-dan 14-dək Apple şirkəti özünün illik tərtibatçılar konfransı WWDC keçirəcək və burada çox güman ki, süni intellekt xidmətlərinin inkişafı planlarından danışacaq.

© copyright 2022 | tech.az | info@tech.az