WhatsApp rəsmi bloq hesabından bir paylaşımla Android istifadəçiləri üçün Avatar xüsusiyyətini sınaqdan keçirdiyini açıqlayıb. İlk dəfə Instagram hazırlanmış avatarlar artıq WhatsApp-da istifadə oluna biləcək.
Test mərhələsində olan yenilik sayəsində Android istifadəçiləri artıq WhatsApp vasitəsilə öz şəxsi avatarları yarada biləcəklər.
Platforma Android istifadəçilərinin hazırladıqları avatarlar sayəsində özlərini daha asan ifadə edə biləcəklərini, bundan əlavə, bu yolla istifadəçilərin rəqəmsal yolla öz şəxsiyyətlərini fərdiləşdirə biləcəklərini düşünür.
Whatsapp kontaktları ilə paylaşıla bilən avatarlar həmçinin profil şəkli kimi də istifadə oluna biləcək. Nəzərinizə çatdıraq ki, avatar funksiyası hazırda bəzi beta testerləri üçün işləyir. Lakin test mərhələsində olan xüsusiyyətin stabil versiyaya nə vaxt gələcəyi hələlik bəlli deyil.