Avropa İnvestisiya Bankı Almaniya, Fransa, İspaniya, İtaliya və Belçika olmaqla, bəzi Avropa ölkələri ilə birgə perspektivli texnologiya şirkətlərini dəstəkləmək üçün ümumilikdə 3 milyard 750 milyon avroluq fond yaradıb.
Bu məsələ ilə bağlı verilən açıqlamada fondun Avropanın perspektivli innovativ şirkətlərinə, onların ehtiyac duyduğu qabaqcıl artım kapitalına töhfə vermək üçün istifadə ediləcəyi bildirilib. Həmçinin vurğulanıb ki, təşəbbüs maliyyə boşluqlarını aradan qaldırmaq və Avropanın vençur kapitalı bazarlarını dərinləşdirmək, xüsusən də, 50 milyon avrodan çox kapital cəlb etmək istəyən şirkətlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, Avropa İnvestisiya Fondu tərəfindən idarə olunacaq fonda Almaniya, Fransa və İspaniya 1 milyard avro, İtaliya 150 milyon avro, Belçika 100 milyon avro, AİB isə 500 milyon avro köçürüb.