Az | EN

AZAL "Viasat" ilə strateji müqavilə imzaladı

Nigar Sultanli
19 Noyabr 2025 16:27
32 baxış
AZAL "Viasat" ilə strateji müqavilə imzaladı

"Azərbaycan Hava Yolları" (AZAL) və peyk rabitəsi sahəsində qlobal lider olan "Viasat Inc." şirkəti arasında təyyarələrin yüksək sürətli internetlə təchiz edilməsinə dair strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Sənəd dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan "Dubai Airshow 2025" sərgisi çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və "Viasat"ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən təsdiqlənib.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına yeni daxil ediləcək 20 təyyarə – "Airbus A320" ailəsinə məxsus hava gəmiləri və "Boeing 787-9 Dreamliner" laynerləri müasir "Viasat Amara" peyk rabitə sistemi ilə təchiz olunacaq.

Yeni sistem sərnişinlərə yüksək sürətli Wi-Fi xidmətindən yararlanmaqla yanaşı, simsiz bortdaxili əyləncə platformasına da çıxış imkanı verəcək. Sərnişinlər öz şəxsi mobil cihazlarından istifadə edərək geniş multimedia məzmununu izləyə biləcəklər. Qeyd edək ki, bu sistem artıq AZAL-ın cari ildə istismara verdiyi iki "Airbus A320neo" təyyarəsində quraşdırılıb.

© copyright 2022 | tech.az | info@tech.az