Süni intellekt dünyasının iki əsas rəqibi arasında diqqətçəkən hadisə yaşanıb. Sem Altman, əsas rəqibi olan Google-un yeni təqdim etdiyi "Gemini 3" modeli münasibətilə şirkəti açıq şəkildə təbrik edib. Altman öz "X" hesabında "Google-u təbrik edirəm! Əla modelə bənzəyir" yazaraq rəqibinin uğurunu yüksək qiymətləndirib
İzləyicilər Altmanın İlon Maska və onun yeni "Grok 4.1" modelinə bənzər təbriki ünvanlamamasına diqqət çəkiblər. İstifadəçilərdən biri "İlon Maska və Grok 4.1-ə təbrik yoxdur? Deyəsən, aranızda inciklik var" yazaraq, OpenAI rəhbərinin yalnız Google-a qarşı bu cür jest etdiyini, keçmiş həmkarı Maska qarşı isə soyuq münasibətini qoruduğunu vurğulayıb.
Yeni model artıq həm adi istifadəçilər, həm də abunəçilər üçün əlçatandır və şirkətin bildirdiyinə görə, əvvəlki 2.5 Pro versiyasını bütün əsas göstəricilər üzrə üstələyir. Gemini 3 Pro mürəkkəb tapşırıqları daha dəqiq yerinə yetirmək üçün hazırlanıb və maraqlı yanaşma olaraq, istifadəçiyə sadəcə "eşitmək istədiyini" deyil, həqiqətən "lazım olanı" təqdim etməyə fokuslanır.
