Yeni mərkəzin əsas missiyası bütün Asiya regionunu əhatə edərək yerli hökumətlər, biznes qurumları və akademik institutlarla sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.
Şirkətin əməliyyatlar üzrə baş direktoru Lila İbrahim bildirib ki, laboratoriyanın dəqiq tədqiqat gündəliyi hələ tamqiymətləndirilmə mərhələsində olsa da, fəaliyyət əsasən təhsil, səhiyyə və fundamental elmlər kimi strateji sahələrə yönəldiləcək. Artıq yeni mərkəz üçün işə qəbul prosesinə start verilib və şirkət son bir il ərzində Asiyadakı komandasının sayını iki dəfə artırıb.
Google DeepMind rəhbərliyi bu seçimi regionun yüksək texnoloji potensialı ilə əsaslandırıb. Qeyd olunub ki, Cənub-Şərqi Asiya bazarları hazırda dünyada süni intellekt texnologiyalarının mənimsənilməsi və gündəlik həyata tətbiqi üzrə ən yüksək göstəricilərə malik bölgələrdən biridir.
