Az | EN

Bakı metrosunun yeni mobil əlavəsi yaradılır

Nigar Sultanli
19 Noyabr 2025 16:06
46 baxış
Bakı metrosunun yeni mobil əlavəsi yaradılır

Bakı Metropoliteni sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yeni və çoxfunksiyalı mobil tətbiq üzərində işləri davam etdirir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun bildirdiyinə görə, unikal xüsusiyyətlərə malik olacaq bu layihə sayəsində sərnişinlər qatarların hərəkət qrafikini real vaxt rejimində izləyə, gedəcəkləri ünvana çatma müddətini hesablayaraq ən optimal marşrutu seçə biləcəklər. Tətbiq həmçinin stansiyaların giriş-çıxış istiqamətləri və metrodakı son yeniliklər barədə məlumatları özündə birləşdirəcək. Layihənin sosial əhəmiyyətini artıran əsas məqamlardan biri isə sağlamlıq imkanları məhdud şəxslərin metrodan istifadəsini asanlaşdıracaq xüsusi funksionallıqların nəzərə alınmasıdır.

© copyright 2022 | tech.az | info@tech.az