Az | EN

Azərbaycan dövlət qurumu beynəlxalq müsabiqədə qalib olub

Cəmil Hüseynzadə
01 Noyabr 2023 11:21
484 baxış
Azərbaycan dövlət qurumu beynəlxalq müsabiqədə qalib olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın nüfuzlu Texnologiya Təchizat Şəbəkəsinin keçirdiyi “İnnovasiya Mükafatları – 2023” beynəlxalq müsabiqəsində növbəti beynəlxalq uğur qazanıb.

DOST RİM müsabiqədə "Münsiflər heyətinin seçimi" kateqoriyasının qalibi olub.

Bu nominasiya son bir ildə innovativ yeni məhsullar, xidmətlər və ya prosesləri inkişaf etdirmiş şirkət və təşkilatlar üçün nəzərdə tutulub.

Müsabiqənin rəsmi elektron broşürunda kateqoriyalar və finalçılar barədə ümumi məlumat, həmçinin Azərbaycanın sosial sahədə elektronlaşma üzrə nailiyyətlərinə, rəqəmsallaşma proseslərinin məqsədinə dair qısa tanıtım videosu əks olunub: Innovation Awards 2023 (tantamount.com)

Xatırladaq ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi cari ildə elektron həllər üzrə 5 beynəlxalq  mükafata layiq görülüb. Həmçinin sosial sahə üzrə rəqəmsal xidmət zərfi bir neçə beynəlxalq platformada uğurlu innovativ həll nümunəsi kimi təqdim edilib.

© copyright 2022 | tech.az | info@tech.az