28 oktyabr tarixində keçirilən Ümumi Yığıncaqda Azərbaycan Fintex Assosiasiyasının (AzFina) üzv təşkilatları tərəfindən səsvermə yolu ilə yeni İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb.
Yeni rəhbərlik ölkədə fintex ekosisteminin inkişafı, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və innovativ həllərin təşviqi istiqamətində fəaliyyət göstərəcək.
İdarə Heyətinin sədri vəzifəsinə UNITED PAYMENT AZERBAIJAN şirkətinin rəhbəri Edqar Abdullayev, sədr müavini vəzifəsinə isə GoldenPay OJSC-nin CEO-su Eynar Abdullayev seçilib. Həmçinin İdarə Heyətinə Epoint şirkətinin rəhbəri Zeynal Kərimzadə, PashaPay şirkətindən İqbal Rüstəmov və Expresspay şirkətindən Rasim Xammadov daxil olublar.
Nəzarət-Təftiş Komissiyasının tərkibinə PulPal (onlayn ödəniş sistemi) şirkətindən Mehriban Əlizadə, Max Systems LLC şirkətindən Valeriya Qəniyeva və akart şirkətindən Murad Mirzə seçiliblər.

