Azərbaycan startap və qurumları beynəlxalq Uzakrota Travel Awards 2023-ün qalibi olublar.
Dünyanın dörd bir tərəfindən olan səyahət startap və qurumlarını bir araya gətirən Uzakrota tədbiri 20 oktyabrda Bakıda keçirilmişdi. Tədbirdə ölkənin aparıcı səyahət şirkətləri və nümayəndə heyətləri çıxış ediblər.
Bakıda keçirilən Uzakrota Summit Baku tədbirində yerli və xarici qonaqlar iştirak ediblər.
İndi isə Uzakrota Travel Awards 2023-ün qaliblərinin adları açıqlanıb. Qeydiyyatdan sonra oktyabrın 2-də başlayan səsvermə 27 oktyabr 2023-cü il gecə yarısına qədər davam edib. Dünya üzrə 100 876 səs qeydə alınıb və 45 kateqoriya üzrə mükafatlar verilib. Uzakrota Uzakrota Travel Awards 24 Noyabr 2023-cü il axşamı Lazzoni Hotelin İstanbula baxan terasında keçiriləcək və mükafatlar təqdim olunacaq. Azərbaycan 3 nominasiya üzrə qalib olub. “World’s Leading B2B Outgoing Tour Operator” nominasiyası üzrə PASHA Travel, “World’s Leading Hotel Association” nominasiyası üzrə Azərbaycan Otellər Assosiasiyası, “World’s Leading Travel Payment Platform” nominasiyası üzrə isə həmtəsisçisi azərbaycanlı olan WeTravel startapı qalib olub.
Mükafatlar bu ay keçiriləcək Uzakrota Global 23 təbirində təqdim ediləcəkdir.