İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və PAŞA Holdinqin dəstəyi ilə Azərbaycan startap ekosistemi dünyanın ən böyük startap tədbiri “GITEX GLOBAL 2023” təmsil edilib. Ötən həftə Dubayda keçirilən tədbirə dünyanın 170 ölkəsindən iştirakçı qatılmışdı. Dünyanın dörd bir tərəfindən startaplar və nümayəndələrin qatıldığı tədbirdə məhsul və xidmətlər sərgilənirdi.
İRİA-nın nümayəndə heyəti “GITEX GLOBAL 2023” Beynəlxalq Texnologiya Sərgisinə qatılıb. Heyətin tərkibində İRİA-nın sədr əvəzi Inara Vəliyeva, sədrin müşaviri Şahin Əliyev, İRİA-nın sədrinin müavini Rəşad Xaliqov, innovasiya üzrə rəhbər Igor Ovçarenko və beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis yer alıb.
İRİA-nın rəhbər heyəti beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə bir sıra görüşlər keçirib, nüfuzlu şirkət və qurumların dəvəti ilə tədbirlərdə iştirak ediblər.
PAŞA Holdinqin innovasiyalar proqramının rəhbəri Fərrux Əlidə tədbirdə iştirak edib. O həm startap, həm investor, həm də digər ekosistem nümayəndələri ilə görüşüb.
Həmçinin tədbirdə iştirak edən startap ekosistemimizin qabaqcıl oyunçuları BONPARA, imajin, SchoolPlus.az startapları da digər ölkələrdən olan nümayəndələrin böyük marağına səbəb olub.
Startaplar tədbirdə investorlar ilə də görüş keçiriblər.