Azərbaycan Fintex Assosiasiyası (AzFina) ilə Türkiyə Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu “Fintex Forumu 2025” çərçivəsində imzalanıb. Bu sənəd, tərəflər arasında maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsini, innovativ həllərin təşviqini və qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur.
AzFina-nın icraçı direktoru Azər Əkbərov və Türkiyə Fintex Assosiasiyalarının sədri Kutay Yalınkılıç tərəfindən imzalanan memorandum, həmçinin yerli və beynəlxalq maliyyə texnologiyaları sahəsində inkişafı dəstəkləməyi hədəfləyir.
Bu əməkdaşlıq, Azərbaycanın maliyyə texnologiyaları ekosisteminin beynəlxalq səviyyədə tanınmasına və inkişafına mühüm töhfə verəcək.