Az | EN

Azərbaycanda bank kartları ilə əməliyyatlar 91 faiz artıb

Nail Valiyev
24 Noyabr 2023 11:13
273 baxış
Azərbaycanda bank kartları ilə əməliyyatlar 91 faiz artıb

Azərbaycanda milli valyutada olan Banklararası Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə emal olunmuş ödəniş əməliyyatların həcmi kəskin artıb.

Tech.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin ilk 10 ayı üzrə statistik bülleteninə istinadən xəbər verir.

Belə ki, BKM ilə ilin ilk 10 ayı ərzində 15 milyard 26.9 milyon manatlıq əməliyyat aparılıb. Bu da 2022-ci ilin eyni dövründə 7 milyard 875.2 milyon manatlıq milli valyutada köçürmələr həyata keçmişdir ki, illik müqayisədə 91 faiz yuxarıdır.

Əməliyyatların təkcə 1 milyard 910 milyon manatı oktyabr ayında aparılıb.

 

©banker.az

© copyright 2022 | tech.az | info@tech.az