Az | EN

Azərbaycanda bəzi bankların fəaliyyətində problemlər yaşanır

Nigar Sultanli
28 Fevral 2025 16:25
679 baxış
Azərbaycanda bəzi bankların fəaliyyətində problemlər yaşanır

Azərbaycanda bir sıra bankların fəaliyyətində çətinliklər müşahidə olunur. Müştərilər bank xidmətlərində, xüsusilə mobil tətbiqlərin işləməsində problemlərlə qarşılaşdıqlarını bildirirlər.

Hazırda bəzi bankların tətbiqlərinin açılmadığı və ya çox ləng işlədiyi qeyd edilir. Problemin səbəbi barədə rəsmi açıqlama verilməsə də, bu hal müştərilərin narazılığına səbəb olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət informasiya sistemlərinə kütləvi DDoS hücumlarının baş verdiyini açıqlamışdı. Hazırkı problemlərin bu hücumlarla əlaqəli olub-olmadığı hələlik məlum deyil.

Məsələnin qısa zamanda həll olunacağı gözlənilir. Bankların mövcud çətinliklərlə bağlı rəsmi açıqlama verəcəyi təqdirdə, yenilənmiş məlumat təqdim ediləcək.

© copyright 2022 | tech.az | info@tech.az