Az | EN

Azərbaycanın 18-ci Milli İnternet Mükafatı NETTY2023 iştiraka dəvət edir

Səbinə Eyvazova
31 Oktyabr 2023 16:01
1112 baxış
Azərbaycanın 18-ci Milli İnternet Mükafatı NETTY2023 iştiraka dəvət edir

2004-cü ildə yaradılan NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirir və mükafatlandırır və bu il 18-ci dəfə keçirilir.
Müsabiqə iştirakçılarının ərizələri netty.az saytında qəbul olunur və 2023-cü il oktyabrın 9 -dən noyabrın 30-dək davam edəcək.

Dekabrın 1-dən dekabrın 7-dək namizədlərin siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək. 

Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.

Elan edilmiş əsas nominasiyalar üzrə hər bir kateqoriya üzrə qaliblər müəyyən ediləcək.

İştirakçıların qiymətləndirilməsi aşağıdakı 3 meyar üzrə aparılır: ideya, məzmun, icra.

Ərizələrin qeydiyyatı ödənişlidir. 

2023-cü ildə NETTY aşağıdakı əsas kateqoriyalar üzrə vebsaytlar, tətbiqlər və sosial səhifələr arasında resursları qiymətləndirəcək:
•    DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT
•    SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT
•    BİZNES VƏ SAHİBKARLIQ
•    MALİYYƏ VƏ BANK İŞİ
•    ELEKTRON-TİCARƏT VƏ KOMMERSİYA
•    ELM, TƏHSİL VƏ İNNOVASİYA
•    SƏHİYYƏ, İDMAN VƏ TURİZM
•    MƏLUMAT VƏ XƏBƏRLƏR
•    MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT


NETTY 2023-nin qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidir. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər.

Netty.az saytından müsabiqə haqqında ətraflı məlumat əldə edə bilərsiniz, həmçinin bu saytdan iştirak üçün müraciət imkanınız var.

Bu ilki mükafatı dəstəkləyən tərəfdaşlarımız:
Baş tərəfdaş - NAR.
Eksklüziv  tərəfdaş - AzInTelecom
Mükafatın rəsmi tərəfdaşları: SmartHost şirkətləridir, Savalan şirkətləridir, Renley şirkətləridir.
Layihənin informasiya tərəfdaşları Infocity.tech, Technote.az, Oxu.az, Media.az, «Каспий» qəzeti, Baku.TV, Baku.ws, banks.az, Gilavar Foto Klubu, Baku Hit FM, Auto life Radio, Texnogid, Tech.az

Mükafatla əməkdaşlıq üçün [email protected]  ilə əlaqə saxlaya bilərsiniz.
Ətraflı məlumat: netty.az

 

© copyright 2022 | tech.az | info@tech.az