Az | EN

Amazonda innovasiya necə doğulur?-Vurğun Hacıyevin yazısı

Nigar Sultanli
20 Noyabr 2025 10:35
34 baxış
Amazonda innovasiya necə doğulur?-Vurğun Hacıyevin yazısı

Bu gün Plug and Play Summit 2025-in ilk günüdür. Sunnyvale-in havası belə fərqli gəlir dünən yağış olsada bu gün günəşli bir səhər bizi qarşılayır. Elə bil Silicon Valleydə nəfəs alanda innovasiya qoxusu yayılır. Mərkəzin girişində yüzlərlə insan axın-axın içəri girir: investorlar, startup founder-lər, korporativ innovasiya rəhbərləri, professorlar… və ən çox da Süni İntellket mühəndisləri…

İçəri daxil olarakən bir reallıq ilə üz-üzəsən:

300+ startup, 200+ Süni İntellekt şirkəti bir məkanda. Harda dayanırsan, kimsə agentik AI-dan, robotikdən, ya da LLM-lərin sənaye tətbiqlərindən danışır. Hər masada bir demo, hər dəhlizdə bir pitch… sözün əsl mənasında tech carnivaldasan. Startuplardan biri kənd təsərrüfatında predictive farming edir. Yanında digəri xərçəng müalicəsində AI diaqnostikası göstərir. Digər bir küncdə humanoid robot naviqasiya öyrənir. StartupEvents-in yazdığı kimi, bu il Plug and Play yalnız “tech” deyil, bütün sektorlara yayılıb:

Agtech – torpağın mikro-analizi üçün sensor AI

Fintech – real-time fraud detection

Deeptech – quantum, robotics, materials

Healthtech – remote diagnostics, bio-AI

Enerji – grid optimizasiyası, sustainability

Supply Chain – end-to-end görünürlük

Mobility – AV, pilotsuz uçuşlar, co-pilot sistemləri

Real Estate & Construction – digital twins, smart materiallar

Zallardan birində Fintech startup-ı investor üçün pitch edir, digər zaldan isə robotların səsləri gəlir. Sanki 17 fərqli gələcək paralel olaraq bu binada yaşayır. Panel & Keynote-larda gündəm: “Hara gedirik?” Panel səhnəsinə çıxan hər spikerin ağzında üç söz var: Innovation. Investment. Future.

Plug and Play-in öz saytında yazıldığı kimi, bu il açılış nitqləri daha çox ciddidir dünya Süni İntellekt yarışına sürətlə girib və hamı yeni qaydaları başa düşməyə çalışır. Səhnədə danışılan mövzular:

Süni İntellektin-in sənaye transformasiyası

İnteqrasiyanın real problemləri

Korporasiyaların Süni İntellket alqoritmlərinə keçidi

İnovasiya ilə risklərin balansı

Kapitalın yeni yönü: “investment in intelligence”

Zalda o qədər beynəlxalq ekspert var ki, bəzən panel sanki BMT konfransına çevrilir.

Amazon-da innovasiya necə doğulur?

Plug and Play Summit-də Franziska Grosser (Head of Amazon $1B Industrial Innovation Fund | Director Corporate Development) çıxış edəndə çox aydın hiss olunurdu: Amazon-un gücü təkcə robotlar, Süni İntellekt və böyük investisiyalar deyil. Onların gücü problemi dərindən hiss edən mədəniyyət, çevik əməkdaşlıq, və komandaların bir-birini tamamlamasıdır. Düşündüm ki, Amazon niyə bu qədər irəlidədir? Cavab çox sadədir: Onlar problemi daha içəridən görürlər. Müştəridən başlamaq onların “gizli ” paroludur.

“Bizdə innovasiya texnologiyadan başlamır. Müştərinin yaşadığı ağrıdan başlayır. Bütün modelləri Working Backwards-dır. Əvvəlcə real problem. Sonra texnologiya. Bu yanaşma çox xoşuma gəldi çünki doğrudan da texnologiya problem olanda dəyər qazanır.

Startup çevikliyi + Amazon miqyası = güclü sinerji

Bu hissəni dinləyəndə düşündüm ki, niyə böyük şirkətlər bəzən yavaş olur?
Amma Amazon bunu aşır. Çünki: 1) Daxili komandalar çox güclüdür 2) Startup-lar inanılmaz çevikdir. Franziska çox səmimi dedi: Biz startupları tamamlayırıq, onlar da bizi.” Bu cümlə mənə çox xoş gəldi çünki innovasiya təkbaşına olmur.

Innovation Challenge – problem açıq elan olunur. Amazon problemi bağlamır, gizlətmir açır və dünya səviyyəsində həll axtarır. Bunu dinləyəndə başa düşdüm ki, onların gücü məlumatda yox, şəffaflıqdadır. Process çox sadə, amma güclüdür. Bu, mənə görə Amazon-un “real innovasiya platformasıdır”.

  • Problem müəyyən olunur
  • Startuplar seçilir
  • Liderlərlə birbaşa görüş
  • Obyektdə real müşahidə
  • Yalnız işləyən həll pilota düşür

Portfolio Day innovasiya nəfəs alır Bu hissə bir az ilhamverici idi. Təsəvvür elə:

  1. Bütün portfolio startuplar Seattlea gəlir
  2. 100+ Amazon lideri ilə üz-üzə söhbət
  3. Həllər birbaşa məşğul olan komandalara göstərilir

Orada heç bir “şou elementi” yoxdur. Sadəcə real dünya problemi, real insanlar, real nəticələr. Real dünya real həll. Franziska-nın ən güclü cümləsi:

“Biz innovation-u vitrin üçün etmirik.”

Mənim gözümdə Amazon innovasiyanı belə edir:

  • Problemdən başlayır
  • Ekosistemi içəri alır
  • Komandaları birləşdirir
  • Real obyektlərdə test edir
  • Miqyaslana bilməyən heç nə qəbul etmir

və ən çox xoşuma gələn hissə: “Heç bir böyük şirkət innovasiyanı tək yaratmır.”

© copyright 2022 | tech.az | info@tech.az