Az | EN

Azərbaycanın güc strukturunun komandası Armython 2025-də qalib oldu

Cəmil Hüseynzadə
21 Noyabr 2025 11:36
431 baxış
Azərbaycanın güc strukturunun komandası Armython 2025-də qalib oldu

Azərbaycan Respublikasını təmsil edən “Land of Fire” komandası Yaxın Şərq və Afrika regionunda silahlı qüvvələr və təhlükəsizlik qurumları üçün keçirilən ilk beynəlxalq kibertəhlükəsizlik yarışı olan Armython 2025-də qalib adını qazanıb.  Komanda İordaniyada keçirilən kibertəhlükəsizlik yarışında 2-ci yer tutub.

Komanda yarış boyunca mürəkkəb kibermüdafiə ssenariləri, şifrələmə tapşırıqları və real kiberhücum modellərini yüksək peşəkarlıqla icra edərək digər ölkələrin iştirakçılarını geridə qoyub və birinci yeri təmin edib. Azərbaycan hərbçilərinin hazırlıq səviyyəsi, analitik bacarıqları və operativ qərarvermə qabiliyyəti münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Armython yarışması İordaniya Dizayn və İnkişaf Bürosu (JODDB) tərəfindən təşkil olunur və regionda kibertəhlükəsizlik sahəsində ən nüfuzlu platformalardan biri sayılır. Yarışmanın əsas məqsədi güc strukturlarının kibertəhlükəsizlik imkanlarını gücləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Azərbaycanın “Land of Fire” komandası tərəfindən əldə olunan qələbə ölkəmizin hərbi kibertəhlükəsizlik sahəsində artan potensialının, yüksək hazırlıq səviyyəsinin və rəqəmsal təhlükəsizlik istiqamətində davamlı inkişaf strategiyasının bariz göstəricisi kimi dəyərləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az