Az | EN

Kvant kompüterləri 2028-ci ildə kriptovalyuta şifrələrini qıra bilər

Nigar Sultanli
21 Noyabr 2025 13:15
48 baxış
Kvant kompüterləri 2028-ci ildə kriptovalyuta şifrələrini qıra bilər

Ethereum-un həmtəsisçisi Vitalik Buter bildirib ki, 2028-ci ilə qədər kvant kompüterləri o qədər güclənə bilər ki, Bitcoin və Ethereum-un əsaslandığı təhlükəsizlik şifrələrini (elliptik əyrili kriptoqrafiyanı) sındırmaq mümkün olsun. Texnologiya dünyasında "Q-Day" (Kvant Günü) adlandırılan bu dövr, mövcud qoruma sistemlərinin kvant gücü qarşısında aciz qala biləcəyi bir zamanı ifadə edir.

Bu risk təkcə fərdi ekspertlər tərəfindən deyil, rəsmi qurumlar tərəfindən də ciddiyə alınır. Məsələn, ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) gələcəkdə maliyyə sistemlərinin daha güclü, kvant hücumlarına davamlı texnologiyalara keçməsini tövsiyə edir. Deloitte şirkətinin təhlilləri də göstərir ki, kriptovalyutaların bir qismi bu yeni texnologiya qarşısında müdafiəsiz qala bilər. Xüsusilə, hesab məlumatları əvvəlcədən bəlli olan rəqəmsal cüzdanların hədəfə çevrilmə ehtimalı daha yüksəkdir.

Lakin mütəxəssislər indidən təşvişə düşməyə ehtiyac olmadığını bildirirlər. Hazırkı kvant kompüterləri hələ şifrələri kütləvi şəkildə sındıracaq səviyyəyə çatmayıb. Alimlər və tədqiqatçılar bu təhlükənin qarşısını almaq üçün "post-kvant" adlanan yeni nəsil təhlükəsizlik alqoritmləri üzərində işləyirlər. Kripto icması da bu riskin fərqindədir və 2028-ci ilə qədər şəbəkələrin təhlükəsizliyini gücləndirmək üçün lazımi tədbirlər görülür.

© copyright 2022 | tech.az | info@tech.az