Az | EN

Tramp Ronaldo ilə futbol oynadığı süni intellekt videosunu paylaşıb

Nigar Sultanli
21 Noyabr 2025 14:29
63 baxış
Tramp Ronaldo ilə futbol oynadığı süni intellekt videosunu paylaşıb

Tramp "Truth Social" platformasında süni intellektlə hazırlanmış maraqlı video paylaşıb. Videoda Trampın Ronaldo ilə Ağ Evin Oval kabinetində futbol oynadığı göstərilir. Video reallıqdan uzaq olsa da, Trampın çevik hərəkətləri və Ronaldo ilə top ötürmələri izləyicilərin diqqətini çəkib.

Əslində isə Tramp və Ronaldo arasında heç bir real futbol qarşılaşması olmayıb. Ronaldo bu həftə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə təşkil olunan rəsmi ziyafətdə iştirak etmək üçün Ağ Evə gedib. Tramp isə bu səfəri zarafatla şərh edərək bildirib ki, Ronaldonun Ağ Evə gəlməsi oğlu Barronun atasına "daha çox hörmət etməsinə" səbəb olub.

Maraqlıdır ki, video Trampın orta məktəb illərində futbol bacarıqlarının zəif olduğunu etiraf etməsindən qısa müddət sonra yayımlanıb.

Qeyd edək ki, Tramp dekabr ayında çempionatın püşkatma mərasimində iştirak edəcək.

© copyright 2022 | tech.az | info@tech.az