Azərbaycanın startap ekosistemi qlobal bazarlara çıxış imkanlarını genişləndirməkdə davam edir.
Agentliyimiz və Plug and Play tərəfdaşlığı çərçivəsində icra olunan goal proqramı çərçivəsində startaplarımız növbəti mühüm addımı atıblar. Plug and Play-in baş direktoru Saeed Amidi ilə keçirilən görüşdə sahibkarlarımız qlobal bazarlara inteqrasiya, startapların davamlı inkişafı və Silikon Vadisindəki geniş imkanlar ətrafında fikir mübadiləsi aparıblar.
Bu cür strateji təşəbbüslər yerli startaplarımıza beynəlxalq təcrübəni öyrənmək, investorlarla birbaşa əlaqə qurmaq və innovasiya mühitinə inteqrasiya etmək üçün misilsiz fürsətlər yaradır. Görüşdə müzakirə olunan mövzular startaplarımızın növbəti böyümə mərhələsinə keçidi üçün yeni perspektivlər açır.
