Az | EN

Pavel Durovun Telegram-da nə qədər vaxt keçirir?

Cəmil Hüseynzadə
19 May 2026 11:58
46 baxış
Pavel Durovun Telegram-da nə qədər vaxt keçirir?

Telegram-ın yaradıcısı Pavel Durovun messencerdə nə qədər aktiv olduğu ilə bağlı maraqlı statistika açıqlanıb. Telegram-ın əsas hesabında “son görülmə vaxtı” funksiyasını Premium istifadəçilər üçün açmasından sonra Heritage adlı kanal onun aktivliyini bir həftə ərzində izləyib.

Monitorinq nəticələrinə görə, Durov 7 gün ərzində Telegram-da ümumilikdə 1 gün 1 saat 43 dəqiqə vaxt keçirib. Bu isə orta hesabla gündə 3 saat 40 dəqiqə deməkdir. Ən aktiv günündə isə o, tətbiqdə 5 saat 42 dəqiqə onlayn olub.

Araşdırmaya əsasən, Pavel Durov bir həftə ərzində Telegram-a 583 dəfə daxil olub. Bu göstərici gündə orta hesabla 83 girişə bərabərdir. Ən uzun fasiləsiz istifadə müddəti isə 1 saat 15 dəqiqə olub.

Məlumatda qeyd olunur ki, Durov gecə saatlarında tətbiqdən orta hesabla 10 saat 11 dəqiqə uzaq qalır. Ən uzun oflayn müddəti isə təxminən 15 saata yaxın olub.

Bu statistika xüsusilə Durovun rəqəmsal vərdişlərin zərərləri ilə bağlı əvvəlki açıqlamaları fonunda diqqət çəkib. O, dəfələrlə smartfonu özü ilə daşımadığını və sosial şəbəkələrdəki sonsuz lentlərin insan beyninə mənfi təsir göstərdiyini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az