Braziliyalı məşhur YouTuber Kasemiro Miqelin rəhbərlik etdiyi CazeTV platforması İspaniya LaLiqasının Braziliyadakı yayım hüquqlarını 2032-ci ilə qədər əldə edib. Müqaviləyə əsasən, platforma 2026/27 mövsümündən etibarən bütün oyunları YouTube üzərindən canlı yayımlayacaq. Bununla da CazeTV Braziliyada LaLiqanın əsas yayımçısına çevriləcək və Disney-i əvəz edəcək.
Hazırda CazeTV dünyanın ən böyük idman yayım kanallarından biri hesab olunur. Platformanın YouTube-da 26 milyondan çox abunəçisi var. Kanalın rekord göstəricisi isə 2022 Dünya Çempionatında Braziliya – Xorvatiya oyunu zamanı qeydə alınıb — eyni anda 6,15 milyondan çox izləyici yayımı izləyib.
CazeTV hazırda LaLiqa ilə yanaşı Fransa Liqa 1, İtaliya Serie A, Almaniya Bundesliqası və Braziliya çempionatının oyunlarını da yayımlayır. Platforma həmçinin 2026 FIFA Dünya Çempionatının yayım hüquqlarını da əldə edib.
Son illərdə sürətlə böyüyən CazeTV artıq qlobal yayım bazarının əsas oyunçularından birinə çevrilib. Şirkətin investorları arasında futbol ulduzu Kriştianu Ronaldo da yer alır.
