Az | EN

Azərbaycanlı gənc Avropa Birliyinin saytında boşluq aşkarlayıb

Cəmil Hüseynzadə
18 May 2023 13:34
769 baxış
Azərbaycanlı gənc Avropa Birliyinin saytında boşluq aşkarlayıb

Sadiq Qasımov Avropa Birliyinin veb səhifəsində boşluq aşkar edib. Aşkarladığı boşluğu CERT-EU saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın "Hall of Fame" hissəsində 2 dəfə paylaşılıb. 

Sadiq Qasımov AzTu-nun İnformasiya telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsidir. Həmçinin, o Kiber Təhlükəsizlik Platformasının tələbəsidir. 

Kiber Təhlükəsizlik Platformasının tələbələri bu vaxta qədər NASA, Mercedes Benz, BMW və kimi şirkətlərdə boşluqlar aşkarlayıblar. 

© copyright 2022 | tech.az | info@tech.az