Az | EN

Azərbaycanlı oyunçu Mortal Kombat üzrə Avropa Çempionu olub

Səbinə Eyvazova
27 Sentyabr 2023 11:24
599 baxış
Azərbaycanlı oyunçu Mortal Kombat üzrə Avropa Çempionu olub

Azərbaycanlı Mortal Kombat oyunçusu Həmid Mustafayev 2-ci dəfə Avropa çempionu olub. MK_Azerbaijan təxəllüsü ilə yarışan Həmid Mustafayev Viana şəhərində keçirilən “Viennality 2k23” yarışında çempion olub. Final mərhələsində o, DIZZY təxəllüslü Böyük Britaniya təmsilçisi Tyrese Carl-a qalib gəlib. Final mərəhəlsi 3:1 hesabı ilə həmyerlimizin xeyrinə yekunlaşıb.
14 sentyabr tarixində təqdim edilən “Mortal Kombat 1” oyununu 2 həftə boyunca ciddi şəkildə məşq edən Həmid Mustafayev həm də “Cyber Athletics Azerbaijan” komandasının üzvüdür.

© copyright 2022 | tech.az | info@tech.az