Az | EN

Azərbaycanlı təsisçinin startapı ən yaxşı süni intellekt mükafatına layiq görülüb

Cəmil Hüseynzadə
31 Mart 2024 16:52
1075 baxış
Azərbaycanlı təsisçinin startapı ən yaxşı süni intellekt mükafatına layiq görülüb

Azərbaycanlı təsisçinin startapı ən yaxşı süni intellekt mükafatına layiq görülüb

Yaqub Rəhimov Amerikada qurduğu Polygraf startapı “Ən yaxşı süni intellekt məhsulu” mükafatına layiq görülüb. Polygraf AI Governance Mighty Capital və Capgemini ilə əməkdaşlıqda Count Products tərəfindən təqdim edilən 7-ci İllik Məhsul Mükafatlarında 2024-cü ilin Ən Yaxşı Süni İntellekt və Məlumat Məhsulu nominasiyasında qalib olub.

Bank of America, Amazon's Twitch, S&P Global və digər ən yaxşı texnoloji şirkətlərin süni intellekt və məhsul liderləri yüzlərlə süni intellekt şirkətinin namizədliyini nəzərdən keçirib, dəyərləndiriblər. 

Süni intellekt inkişaf etdikcə təşkilatlar məxfi məlumat sızması, məlumatların pozulması və saxta və ya dəyişdirilmiş süni intellekt tərəfindən yaradılan məzmundan yeni risklərlə üzləşirlər. Polygraf AI, məlumat mərkəzli təşkilatlara özünün xüsusi AI ilə işləyən həlləri ilə bu yaranan təhlükələri müəyyən etməyə, izləməyə və azaltmağa imkan verir.

Caucasus Ventures ötən il investisiya etdiyi startap ümumilikdə 1.65 milyon dollar investisiya alıb.

© copyright 2022 | tech.az | info@tech.az