Bakıda Mələk İnvestisiyaya Həsr Olunmuş Eksklüziv Tədbir Keçirildi
17 fevral tarixində Bakıda Silkroad Angels Club, Caucasus Ventures və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə mələk investisiyaya həsr olunmuş eksklüziv tədbir keçirilib.
Tədbirin əsas məqsədi sahibkarlar və investorların bu sahədə biliklərini artırmaq, qlobal startap və VC bazarındakı ən son trendlər haqqında məlumatlandırmaq olub.
Tədbirdə Abay Absamet və Asset Abdualiyev spiker qismində çıxış edərək Silikon Vadisindəki investisiya fürsətləri barədə iştirakçılara ətraflı məlumat veriblər. İştirakçılar həmçinin təcrübəli ekspertlərin çıxışlarını dinləyərək sahə ilə bağlı yeni biliklər əldə ediblər.
Tədbir investorlar, startap qurucuları, ekosistem oyunçuları və mələk investisiyaya maraq göstərən şəxslər üçün təşkil edilib və böyük maraqla qarşılanıb.