Az | EN

Birmarket yanan anbarı ilə bağlı məlumat yayıb

Cəmil Hüseynzadə
12 May 2026 14:39
23 baxış
Birmarket yanan anbarı ilə bağlı məlumat yayıb

Lökbatan qəsəbəsində yerləşən anbarda baş verən yanğınla bağlı məlumat verildiyi kimi, alovun yayılması nəticəsində Birmarket-ə məxsus anbar sahəsinə də ziyan dəyib. Baş vermiş hadisə ilə əlaqədar olaraq, Birmarket məhsullarının yerləşdiyi anbarın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Hadisə zamanı əməkdaşlarına fiziki zərər dəyməyib.

"Hörmətli müştəri, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının təsiri nəticəsində Birmarket-ə məxsus anbar sahəsinə də zərər dəyib. Bununla əlaqədar olaraq məhsulların saxlanıldığı anbarın fəaliyyəti müvəqqəti dayandırılıb. Bu səbəbdən sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda müəyyən çətinliklər yarana bilər. Komandamız vəziyyətin ən qısa zamanda normallaşdırılması üçün çalışır. Yenilikləri sizinlə paylaşmağa davam edəcəyik. Anlayışınız və səbriniz üçün təşəkkür edirik.", - verilən məlumatda qeyd edilib.

© copyright 2022 | tech.az | info@tech.az