Az | EN

Butstreppinq (Bootstrapping) nədir?

Səbinə Eyvazova
09 Mart 2023 11:26
2773 baxış
Butstreppinq (Bootstrapping) nədir?

Çox vaxt startaplar investorların vəsaitlərinə güvənir. Hətta bir çoxları Butstreppinqi biznes planı həyata keçirməyin yeganə yolu kimi görürlər. Bununla belə, investorlar heç də həmişə hər layihəni dəstəkləməyə razılaşmırlar. Belə olduqda biznesi startapçılar yalnız öz vəsaitlərin hesabına qurmalı olurlar. Butstreppinq də məhz budur.

Butstreppinq startaplar üçün sahibkarlıq dünyasında mühüm maliyyələşdirmə strategiyası hesab olunur. Bu strategiya üçüncü tərəfin maliyyəsini cəlb etmədən, investorların müdaxiləsinə ehtiyac olmadan yalnız şəxsi vəsaitlə biznesin inkişafına kömək edir.

O, həm də startapçılara öz resurslarından istifadə edərək bizneslərini maliyyələşdirməyə imkan verir. Bu strategiyaya sahibkarların şəxsi əmanətləri, kredit kartları, ailə və ya dostlarından borc götürmək və ya hətta bizneslə məşğul olarkən part-time işləmək daxil ola bilər.

Butstreppinq strategiyası həmçinin startapçılara maliyyə azadlıqlarını qorumağa və bizneslərini istədikləri kimi idarə etməyə kömək edir. Buna görə də onlar investorlardan asılı olmayaraq qərarlar qəbul edə və öz baxışlarına uyğun olaraq bizneslərini inkişaf etdirə bilərlər. Bu strategiya həm də sahibkarlara bazarı genişləndirməzdən əvvəl məhsullarını sınaqdan keçirməyə və inkişaf etdirməyə imkan verir.

Bununla belə, Butstreppinq maliyyə mənbələri məhdud olduğu üçün startapların böyümə potensialını məhdudlaşdıra bilər. Çünki sahibkarların irimiqyaslı layihələri həyata keçirmək üçün həmişə kifayət qədər resursları olmaya bilər. Eyni zamanda startapların sürətlə böyüməsinin qarşısını ala və onların rəqiblərini qabaqlamasını çətinləşdirə bilər.

© copyright 2022 | tech.az | info@tech.az